Bakı. Trend:
“Apple” şirkəti yeni nəsil idmançılar və səyahətçilər üçün nəzərdə tutulan əsas saatlarını – Apple Watch Ultra 3 modelini təqdim edib.
Trend xəbər verir ki, yeni cihaz seriyada ən böyük displeyə, təkmilləşdirilmiş batareyaya və yeni kəmərlərə malikdir.
Watch Ultra 3 42 saata qədər enerji toplamasız işləyə bilir və peyk rabitəsi vasitəsilə SOS siqnalları göndərmək imkanı ilə fərqlənir.
Model iki rəngdə təqdim olunub – təbii titan və qara. Başlanğıc qiyməti 800 ABŞ dolları təşkil edir.