Bakı. Trend:
Avropa Komissiyası Polşaya SAFE hərbiləşdirmə fondundan 43,7 milyard avro aşağı faizli kredit verəcək.
Trend xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış məlumat yayıb.
"Bu baş verdi! Avropa Komissiyası SAFE proqramından 43,74 milyard avronun Polşaya gedəcəyini açıqladı", – deyə nazir “X” sosial şəbəkəsində yazıb.
Beləliklə, Polşa SAFE fondu üçün ayrılmış 150 milyard avronun təxminən üçdə birinə çıxış əldə edib. Brüsseldə dərc olunan sənədlərə əsasən, bu vəsait Aİ-nin 19 ölkəsi arasında bölüşdürüləcək.
Məbləğə görə ikinci yerdə 16,68 milyard avro ilə Rumıniya, üçüncü yerdə isə hər biri 16,216 milyard avro alacaq Fransa və Macarıstan qərarlaşıb. İtaliya isə 14,9 milyard avro ilə dördüncü sırada yer alıb.