...

İsveçin yeni səhiyyə naziri Elisabet Lann oldu

Dünya xəbərləri Materials 9 Sentyabr 2025 22:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçdə Xristian Demokrat partiyasının Höteborqdan olan bələdiyyə müşaviri Elisabet Lann səhiyyə naziri təyin edilib.

Trend xəbər verir ki, o, əvvəllər parlamentin səhiyyə məsələləri üzrə komitəsində çalışıb.

Yeni nazir daxili siyasətlə yanaşı, beynəlxalq mövzularla da fəal maraqlanır. O, Höteborq Universitetində şərqşünaslıq təhsili alıb və təhsilini Qüdsdə davam etdirərək fələstinlilər və israillilərlə birgə sülh və inkişaf məsələlərini araşdırıb.

Xatırladaq ki, Baş nazir Ulf Kristerssonun hökumətdə dəyişiklik barədə qərarından sonra, parlament seçkilərinə bir il qalmış, sabiq nazir Ako Ankarberq Yohansson gözlənilmədən istefa vermişdi.

Xəbər lenti

Xəbər lenti