...

Sebastian Lekornu Fransanın yeni Baş naziri təyin olunub

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 02:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa siyasi səhnəsində növbəti dəyişiklik baş verib. Prezident Emmanuel Makron rəsmi olaraq Sebastian Lekornu yeni Baş nazir təyin edib.

Trend xəbər verir ki, bu barədə məlumatı Yelisey Sarayı yayıb.

Fransanın keçmiş müdafiə naziri olan Lekornu 2017-ci ildən hökumətdə təmsil olunur və Makronun yaxın müttəfiqlərindən sayılır.

Qeyd edək ki, keçmiş Baş nazir Fransua Bayrun istefa verib.

Yelisey Sarayının yaydığı bəyanatda bildirilir ki, Makron yeni Baş nazirdən parlamentdə təmsil olunan siyasi qüvvələrlə məsləhətləşmələr aparmağı, dövlət büdcəsinin qəbuluna və qarşıdakı aylar üçün vacib qərarların verilməsinə dair razılaşmalar qurmağı istəyib.

Yeni təyinat müxalifət tərəfindən kəskin tənqid edilib.

Xəbər lenti

Xəbər lenti