...

Azərbaycan Xarici İşlər Nazirliyi Qətərə edilən hücuma münasibət bildirib

Siyasət Materials 9 Sentyabr 2025 23:30 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Qətərə edilən hücuma münasibət bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qətərin paytaxtı Doha şəhərinə edilən hücuma münasibətini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Biz regional gərginliyi daha da artırmaq riski ilə Qətərə qarşı bugünkü hücumdan dərin narahatlıq hissi keçiririk. Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və regionda sabitliyi qorumaq üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq."

Xəbər lenti

Xəbər lenti