...

“Sabah” yeni futbolçu ilə heyətini gücləndirib

İdman Materials 10 Sentyabr 2025 00:37 (UTC +04:00)
“Sabah” yeni futbolçu ilə heyətini gücləndirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Sabah” futbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Trend xəbər verir ki, polşalı sol cinah müdafiəçisi Timoteuş Puxaç bundan sonra Masazır təmsilçisinin uğurları üçün çıxış edəcək. 26 yaşlı futbolçu Almaniyanın “Holştayn Kil” klubundan 1 illik icarəyə götürülüb.

Puxaç karyerası ərzində Polşanın “Lex” (2017-2021), “Zaqlebie Sosnovets” (2018), “QKS Katovitse” (2018/19), Almaniyanın “Union Berlin” (2021-2024), “Holştayn Kil” (2024-2025), “Kayzerslautern” (2023/24), Türkiyənin “Trabzonspor” (2022), Yunanıstanın “Panatinaikos” (2023) və İngiltərənin “Plimut” (2025) klublarında çıxış edib. O, həmçinin Polşanın əsas millisində 15 oyun keçirib.

Xəbər lenti

Xəbər lenti