...

Böyük Britaniya Ukraynaya 2 milyard funt sterlinqdən çox hərbi yardım ayırıb

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 00:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın rəhbərlik etdiyi fond vasitəsilə Ukraynaya silah alınması üçün 2 milyard funt sterlinqdən (təxminən 2,7 milyard dollar) çox vəsait ayrılıb.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda bildirilib ki, ayrılan vəsait hesabına Ukrayna Silahlı Qüvvələrinə vacib hərbi texnika tədarük ediləcək. Ukrayna Beynəlxalq Fondu (IFU) artıq Kiyevə 1000-dən çox hava hücumundan müdafiə sistemi, 600-dən çox pilotsuz uçuş aparatı, elektron müharibə sistemləri və hava hücumundan müdafiə radar stansiyaları təqdim edib. Yeni tədarüklərin yaxın həftələrdə çatdırılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti