...

AirPods Pro 3 təqdim olundu (FOTO)

Dünya xəbərləri Materials 9 Sentyabr 2025 23:21 (UTC +04:00)
AirPods Pro 3 təqdim olundu (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Apple” şirkəti üçüncü nəsil AirPods Pro 3 qulaqlıqlarını təqdim edib.

Trend xəbər verir ki, yeniliklər arasında əsasən iki dəfə gücləndirilmiş səsboğucu sistem və 30% uzunmüddətli batareya ömrü var – indi səsboğucu aktiv olduqda belə qulaqlıqlar 8 saat işləyir.

Səsboğucu yalnız musiqiyə qulaq asmaqda deyil, həm də Apple Intelligence vasitəsilə nitqin real vaxtda tərcüməsində istifadə ediləcək. Danışıq zamanı qulaqlıqlar səs tonunu avtomatik azaldacaq, cavablar isə tərcümə olunaraq iPhone ekranında göstəriləcək.

Yeni model IP57 standartı üzrə toz və suya davamlıdır və iki yeni sensor vasitəsilə nəbz ölçmə funksiyası qazanıb. Bütün məşqlər “Sağlamlıq” tətbiqində izləniləcək.

Qulaqlıqlar beş müxtəlif ölçüdə silikon ucluqla təchiz olunub. Qiymət – 249 ABŞ dolları. Artıq ön sifariş mümkündür.

Xəbər lenti

Xəbər lenti