Bakı. Trend:
Nepalda “Sheetal Niwas” hökumət sarayı yanğın nəticəsində tamamilə məhv olub.
Trend xəbər verir ki, binada baş ofis və idarələr, o cümlədən ölkənin baş nazirinin kabinetləri yerləşib.
Məlumata görə, yanğınsöndürmə briqadaları hadisə yerinə belə gəlməyiblər.
“Sheetal Niwas” Asiyanın ən böyük saraylarından biri hesab olunur. Qeyd edək ki, Nepalda hökumətin Facebook, X və YouTube daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarına görə iki gündür kütləvi etirazlar keçirilir.