Bakı. Trend:
Qafqaz regionunda 4,5 bal gücündə zəlzələ qeydə alınıb, təkanlar Adıgey və Krasnodar diyarında da hiss olunub.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələ yerli vaxtla 19:55-də baş verib.
Yeraltı təkanlar Maykopdan 44 km cənub-qərbdə və Abşeronskdan 11 km cənub-cənub-qərbdə, 10 km dərinlikdə qeydə alınıb.