Bakı. Trend:
Macarıstan Shell şirkəti ilə 10 il müddətinə ildə 2 milyard kubmetr təbii qaz almağa dair müqavilə imzalayıb.
Trend xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto məlumat verib.
O bildirib: "Bu, Qərb tədarükçüsü ilə indiyə qədər bağlanmış təbii qaz tədarükü üzrə ən böyük və ən uzunmüddətli müqavilədir. İndicə imzalanmış müqavilə 2026-cı ildən başlayaraq 10 il ərzində 2 milyard kubmetr təbii qazın alınmasına aiddir."
Peter Siyarto əlavə edib ki, “Shell” ilə müqavilə mövcud tədarükləri qoruyub saxlamaqla, Macarıstan ərazisinə yeni resursların cəlb edilməsinə imkan verəcək.