...

Apple yeni “Apple Watch Series 11” smart saatını təqdim etdi (FOTO)

Dünya xəbərləri Materials 9 Sentyabr 2025 21:41 (UTC +04:00)
Apple yeni “Apple Watch Series 11” smart saatını təqdim etdi (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin “Apple” şirkəti yeni nəsil “Apple Watch Series 11” smart saatını təqdim edib.

Trend-in məlumatına görə, cihaz şirkətin rəsmi təqdimatında nümayiş etdirilib.

Yeni batareya “Series 11” modelinə 24 saat doldurulmadan işləmək imkanı yaradır. Bundan əlavə, ekran xüsusi şüşə ilə örtülüb və bu, əvvəlki modeldən iki dəfə zədələnməyə davamlıdır.

Dizayn əvvəlki “Series 10” modeli ilə eyni qalsa da, ən mühüm yenilik peyk rabitəsi dəstəyinin əlavə olunmasıdır.

Qiymətlər belədir:

Apple Watch SE 3 – 250 dollardan

Apple Watch Series 11 – 400 dollardan

Apple Watch Ultra 3 – 700 dollardan

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti