Bakı. Trend:
İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) qarşılıqlı əlaqələri bərpa etmək və Tehranın nüvə obyektlərində bütün yoxlamaları dayandırdıqdan sonra əməkdaşlıq üçün yeni qaydalar barədə razılığa gəliblər.
Trend xəbər verir ki, bunu İranın dövlət televiziya və radio şirkətinə müsahibəsində Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi bildirib.
O qeyd edib: "ABŞ və İsrailin ölkəmizdəki dinc nüvə obyektlərinə qanunsuz hücumları nəticəsində yaranan yeni reallıqlarda agentliklə qarşılıqlı fəaliyyət metodu razılaşdırılıb."
Kütləvi informasiya vasitələrinin məlumatına görə, AEBA rəhbəri Rafael Qrossi və İranın xarici işlər naziri Abbas Əraqçi Tehranla agentlik arasında əməkdaşlığın bərpasına dair yeni saziş imzalayıblar.