...

DÇ-2026: Azərbaycan millisi doğma meydanında Ukrayna ilə qollu heç-heçə edib (ƏLAVƏ OLUNUB)

İdman Materials 9 Sentyabr 2025 22:03 (UTC +04:00)
DÇ-2026: Azərbaycan millisi doğma meydanında Ukrayna ilə qollu heç-heçə edib (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başa çatıb.

Trend xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşdırıblar.

Rəqibin heyətində 51-ci dəqiqədə Georgi Sudakov fərqlənib. Azərbaycan yığmasının qoluna isə 72-ci dəqiqədə kapitan Emin Mahmudov penaltidən imza atıb.

Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib.

XXX

21:35

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda ikinci qol vurulub.

Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 72-ci dəqiqəsində komandamızın heyətində Emin Mahmudov fərqlənib – 1:1.

Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.

XXX

21:10

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda qonaq komanda hesabı açıb.

Trend xəbər verir ki, rəqib komandanın heyyətində Qeorqiy Sudakov fərqlənib.

Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.

XXX

21:05

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda ikinci hissə başlayıb.

Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşdə komandalar fasiləsəyə qolsuz heç-heçə ilə yollanıblar.

Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.

XXX

20:49

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda ilk hissə başa çatıb.

Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşdə komandalar fasiləsinə qolsuz heç-heçə ilə yollanıblar.

Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.

XXX

20:00

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başlayıb.

Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:00-da start götürüb.

Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.

Xəbər lenti

Xəbər lenti