...

Vilnüs hava limanı müvəqqəti bağlanıb

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 03:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vilnüs (Litva) hava limanı səmada naməlum uçan obyekt (UNO) aşkarlandığı üçün fəaliyyətini dayandırıb.

Trend xəbər verir ki, bu barədə yerli TV3 telekanalı Böhranların İdarə Edilməsi üzrə Milli Mərkəzə istinadən məlumat yayıb.

UNO-nun nə olduğu hələ açıqlanmayıb, ilkin ehtimallara görə, obyekt meteoroloji hadisə ilə səhv salına bilər. Artıq təyyarələrin qəbulu və uçuşuna qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Hadisə ilə bağlı araşdırma davam edir.

Xəbər lenti

Xəbər lenti