...

Hikmət Hacıyev ABŞ-də bir sıra görüşlər keçirib (FOTO)

Siyasət Materials 10 Sentyabr 2025 09:08 (UTC +04:00)
Hikmət Hacıyev ABŞ-də bir sıra görüşlər keçirib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Konqresinin Nümayəndələr Palatasının (aşağı palata) Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və senator Stiv Dayns ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi "X" sosial şəbəkə hesabında məlumat verib.

Görüşlə bağlı edilən paylaşımda bildirilir ki, tərəflər Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də keçirilmiş Vaşinqton sammitinin strateji önəmini, habelə onun Azərbaycan-ABŞ münasibətləri və regionda sülh üçün müsbət nəticələrini vurğulayıblar.

Hikmət Hacıyev 907-ci maddənin ləğvinin vacibliyini qeyd edib və parlamentariləri Azərbaycana səfərə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti