...

“Tesla”nın ABŞ bazarındakı payı son 8 ilin minimumuna enib

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 07:59 (UTC +04:00)
“Tesla”nın ABŞ bazarındakı payı son 8 ilin minimumuna enib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Tesla” şirkətinin ABŞ elektromobil bazarındakı payı kəskin şəkildə azalaraq səkkiz ilin ən aşağı göstəricisinə düşüb.

Trend xəbər verir ki, bu barədə “Cox Automotive” tədqiqat şirkətinin məlumatında qeyd olunub.

Məlumata görə, alıcılar getdikcə daha çox digər istehsalçıların elektrikli avtomobillərinə üstünlük verirlər. Bir vaxtlar ABŞ elektromobil bazarının 80 faizindən çoxuna sahib olan “Tesla”nın satışları avqust ayında ümumi elektrikli avtomobil satışlarının cəmi 38 faizini təşkil edib.

Qeyd edilir ki, şirkətin hələlik ən son yeni modeli 2023-cü ildə təqdim olunan “Cybertruck” pikapıdır.

Xəbər lenti

Xəbər lenti