...

"ChatGPT"nin yaradıcısı özünə Cənubi Koreyada ofis açıb

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 10:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“ChatGPT” süni intellekt çat-botunun yaradıcısı, ABŞ-nin “OpenAI” şirkəti, Koreya Respublikasında öz regional nümayəndəliyini açıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“OpenAI” açıqlamasına görə, bu, şirkətin Asiyada Sinqapur və Yaponiyadan sonra üçüncü, dünyada isə on ikinci ofisdir.

“Cənubi Koreya uzun müddətdir ki, texnoloji dövlət hesab olunur. Müasir infrastrukturun, innovativ şirkətlərin və yenilikləri dərhal qəbul etməyə hazır insanların unikal sintezi Koreya Respublikasını süni intellekt sahəsində innovasiyalar üçün ideal mərkəzə çevirir”,-deyə OpenAI-ın strateji inkişaf direktoru Ceyson Kvon Seulda keçirilən mətbuat konfransında bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti