...

Emin Mahmudov Azərbaycan millisində tarixi rekorda imza atdı

İdman Materials 10 Sentyabr 2025 06:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Ukrayna ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda vurduğu qolla tarixi rekorda imza atıb.

Trend xəbər verir ki, yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdıraraq, komandanın ən məhsuldar futbolçusu olub.

Mahmudov bununla da sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib. “Qarabağ”ın baş məşqçisi 1992-2005-ci illərdə millidə keçirdiyi 68 oyunda 14 qol vurmuşdu. Onun sonuncu qolu 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) qeydə alınmışdı.

Emin Mahmudov isə 2016-cı ildən çıxış etdiyi Azərbaycan millisində 56-cı oyununda 15-ci qoluna imza atıb.

Xəbər lenti

Xəbər lenti