...

Şəmkirdə minik avtomobilində yanğın baş verib (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 08:16 (UTC +04:00)
Şəmkirdə minik avtomobilində yanğın baş verib (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir şəhərində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alov qısa müddətdə söndürülüb və yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində “VAZ 2107” markalı avtomobilin idarəetmə lövhəsi və salonu qismən yanıb, avtomobilin qalan hissəsi isə yanğından qorunub.

Xəbər lenti

Xəbər lenti