...

Vahid indekslər siyahısında dəyişiklik edildi

İqtisadiyyat Materials 10 Sentyabr 2025 14:59 (UTC +04:00)
Vahid indekslər siyahısında dəyişiklik edildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"na dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, siyahıya "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi" (AZCON) publik hüquqi şəxsi əlavə olunub.

Eyni zamanda, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC, "BakuBus" MMC və Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" ASC siyahıdan çıxarılıb.

Xəbər lenti

Xəbər lenti