...

Azərbaycanda növbəti iki ildə suvarma suyu ilə təminat 90%-ə çatdırılacaq

İqtisadiyyat Materials 10 Sentyabr 2025 13:17 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda növbəti iki ildə suvarma suyu ilə təminatın 90%-ə çatdırılması nəzərdə tutulur.

Bu barədə Trend Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) açılışı çərçivəsində məlumat əldə edib.

Belə ki, bu sahədə görülən işlər nəticəsində ölkədə 2025-ci ilin sonuna suvarma suyu ilə təminatın 66%-ə, gələn il isə 68%-ə çatdırılması planlaşdırılır.

Bu işlərin yekununda 2027-ci ildə ölkədə suvarma suyu ilə təminat 90%-ə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti