...

Cənubi Koreyada hərbi bazada partlayış olub

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 13:56 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyanın ordu bazalarından birində baş verən partlayış nəticəsində 7 nəfər yaralanıb.

Trend Yonhap agentliyinə istinadən xəbər verir ki, partlayış sentyabrın 10-da saat 15:30 radələrində (Bakı vaxtı ilə 10:30) Kenqido əyalətində yerləşən hərbi hissədə baş verib.

İlkin məlumata görə, insidentə təlim sursatının partlaması səbəb olub. Hazırda yeddi nəfərin yaralandığı məlumdur.

Hərbçilər bildiriblər ki, baş verənlərin dəqiq səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti