...

Özbəkistandan olan ekspert müasir çağırışların öhdəsindən gəlməkdə dialoqun vacibliyindən danışıb

Cəmiyyət Materials 10 Sentyabr 2025 12:04 (UTC +04:00)
Özbəkistandan olan ekspert müasir çağırışların öhdəsindən gəlməkdə dialoqun vacibliyindən danışıb
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Müasir çağırışlar və təhdidlərin öhdəsindən yalnız dialoq yolu ilə gəlmək mümkündür.

Trend xəbər verir ki, bununu Özbəkistan Respublikasının prezidenti yanında Strateji və Regional Tədqiqatlar İnstitutunun direktor müavini Baxtiyor Mustafayev “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında çıxışı zamanı deyib

“Müasir çağırış və təhdidlərin öhdəsindən yalnız dialoq, qarşılıqlı maraqların nəzərə alınması və beynəlxalq hüququn tanınmış normalarına riayət olunması yolu ilə gəlmək mümkündür. Belə şəraitdə rifah və dayanıqlı inkişaf naminə kollektiv məsuliyyət daşımağa hazır olmaq, həmçinin, regional beynəlxalq təhlükəsizliklə bağlı aktual məsələlər üzrə vahid yanaşma formalaşdırmaq hər zamankından daha zəruri olur”, - deyə ekspert bildirib.

Mustafayevin sözlərinə görə, xüsusilə Əfqanıstanda uzunmüddətli və dayanıqlı sülhün təmin olunması istiqamətində səylərin birləşdirilməsi xüsusi diqqət tələb edir. Bu ölkədə sosial-iqtisadi vəziyyətin bərpası və iri infrastruktur layihələrinin gerçəkləşdirilməsi bütün region ölkələri üçün yeni strateji perspektivlər açacaq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti