...

Daxili işlər naziri gənclərin sırasından seçim edib

Cəmiyyət Materials 10 Sentyabr 2025 11:30 (UTC +04:00)
Daxili işlər naziri gənclərin sırasından seçim edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:
​​
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 10-da respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 180 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 19 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti