...

RİNN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişdi

Cəmiyyət Materials 10 Sentyabr 2025 15:12 (UTC +04:00)
RİNN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na dəyişiklik edib.

Trend xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından "Azərpoçt", "AzInTelekom", "Bakı Taksi Xidməti" MMC-lər, "Bakı Telefon Rabitəsi" MMC və onun tabeliyindəki qurumlar ("AzEuroTel" MMC, Bakı Avtomat Telefon Qovşağı, Layihə Axtarış Kontoru, Rabitə Qurğularının Təmiri və Tikintisi İdarəsi), "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi və Azərbaycanın Kosmik Agentliyi ("Azərkosmos") çıxarılıb.

Xəbər lenti

Xəbər lenti