...

Nepalın keçmiş baş nazirinin öldüyü zənn edilən həyat yoldaşı sağ aşkarlanıb

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 17:08 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nepalda davam edən siyasi böhran fonunda keçmiş baş nazirin Cala Natx Kxanalın öldürüldüyü zənn edilən həyat yoldaşının sağ olduğu məlum olub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Yerli medianın səhiyyə rəsmilərinə istinadən verdiyi məlumata görə, keçmiş baş nazirin həyat yoldaşı xəstəxanadır və ağır vəziyyətdədir.

Bundan əvvəl, həmin xanımın iğtişaş iştirakçılarının keçmiş baş nazirin iqamətgahına hücumundan sonra öldürüldüyü barədə xəbərlər yayılmışdı.

Xəstəxanadan bildiriblər ki, qadın sağdır, o, ciddi bədən xəsarətləri alıb və hazırda xəstəxananın reanimasiya şöbəsində müalicə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti