Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda Amerika Birləşmiş Ştatları dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında strateji əlaqələr, regional və qlobal məsələlər ətrafında geniş müzakirələr aparılıb.