Bakı. Trend:
Rusiyanın Polşanın hava məkanını qəsdən pozub-pozmamasından asılı olmayaraq, bu, onun “məsuliyyətsiz davranışdır”.
Trend-in xəbərinə görə, bu barədə NATO-nun Baş katibi Mark Rutte açıqlama verib.
Rutte NATO müttəfiqlərinin Polşaya tam həmrəylik nümayiş etdirdiyini vurğulayıb.
O əlavə edib ki, məsələ ilə bağlı tam qiymətləndirmə prosesi davam edir.
Ruttenin sözlərinə görə, Rusiya dronlarının vurulmasında Niderland, İtaliya, Polşa və Almaniya da daxil olmaqla, bir sıra NATO müttəfiqləri iştirak ediblər.
Rutte əlavə edib ki, alyans şərq cinahında vəziyyətin inkişafını diqqətlə izləyəcək və hava hücumlarından müdafiə sistemlərini döyüşə hazır vəziyyətdə saxlayacaq.