Bakı. Trend:
Azərbaycanda son 30 il ərzində yağıntıların miqdarı 10% azalıb.
Trend xəbər verir ki, bunu Ekologiya şöbəsinin müdiri, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Ekologiya şöbəsinin müdiri Günay Abbasova Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında - “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.
O bildirib ki, son 10 ildə isə ölkədə güclü leysan yağışları günlərin sayı 6 dəfəyədək artıb.
"Bundan başqa, son 10 il ərzində dolu dün günlərin sayı 3,2 dəfə, quraqlığın davamiyyəti isə 34 faiz artıb.
Eyni zamanda, 2015-ci ildən bu yana isti hava dalğası 6-13 dəfə artıb. Ölkə ərazisində son 10 ildə yanğın hadisələri 2 dəfədən çox artıb", - deyə o qeyd edib.