...

Dünyada 391 milyona yaxın uşaq artıq çəkilidir - UNICEF "həyəcan təbili" çaldı

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 17:09 (UTC +04:00)
Dünyada 391 milyona yaxın uşaq artıq çəkilidir - UNICEF "həyəcan təbili" çaldı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada yaşayan uşaqların 10 faizə yaxını piylənmədən əziyyət çəkir.

Trend xəbər verir ki, bu statistika UNICEF-in “Qida mühiti uşaqları necə yarı yolda qoyur: Mənfəət üçün qidalandırma” adlı 114 səhifəlik hesabatında dərc olunub.

Hesabata əsasən, 5-19 yaşları arasında olan təxminən 188 milyon uşaq və gənc hazırda piylənmə problemi ilə üzləşib. Artıq çəkili uşaqların ümumi sayı isə 391 milyona yüksəlib.

Uşaqların hüquqlarını müdafiə edən təşkilat hökumətləri uşaqları qorumaq üçün tədbirlər görməyə, xüsusilə də yüksək dərəcədə emal olunmuş qidaların reklamı və əlçatanlığı ilə bağlı sərt məhdudiyyətlər tətbiq etməyə çağırır.

Tədbirlər sırasında məktəb yeməkxanalarından yüksək dərəcədə emal olunmuş qidaların çıxarılması və həmin məhsulları istehsal edən şirkətlərin siyasətin hazırlanması və həyata keçirilməsində iştirakına qadağa qoyulması nəzərdə tutula bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti