...

Ölkədə 2 milyondan çox insan dövlətin sosial müdafiə tədbirləri ilə birbaşa əhatə olunub

Cəmiyyət Materials 10 Sentyabr 2025 17:08 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin birinci yarısı üçün sosial-iqtisadi göstəricilər açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında məlumat verib.

O bildirib ki, 01.01.2021-01. 07.2025 illərdə pensiyanın minimum məbləği 200 manatdan 120 manat, yaxud 62.5 % artaraq 320 manata, orta aylıq məbləği isə 302 manatdan 236 manat, yaxud 56 % artaraq 538 manata yüksəlib. Minimum pensiyanın orta aylıq pensiyaya nisbəti 60 % təşkil edir.

Pensiyaçıların sayı 1.103.300 nəfər (əhalinin 10,8 %-i) təşkil edir.

Bunlardan 64,6 %-i yaşa görə, 23 %-i əlilliyə görə, 12,4 %-i ailə başçısının itirilməsinə görə pensiya alır.

  • Aylıq sosial müavinət və kompensasiya alanlar – 462 419 nəfər
  • Birdəfəlik sosial müavinət və komp alanlar – 284 55 nəfər
  • Prezident təqaüdü alanların sayı – 403 298 nəfər
  • Ünvanlı sosial yardım 80.3 min ailə, 353 300 nəfər.
  • Hər nəfərə düşən məbləğ 100.37 manat
  • Cəmi dövlət təminatında olanlar: 929474 nəfər.

Deputat bildirib ki, 2 milyondan çox insan dövlətin sosial müdafiə tədbirləri ilə birbaşa əhatə olunub. Yəni hər 5 nəfərdən biri dövlətdən pensiya, müavinat, təqaüd, yaxud başqa yardım alır.

  • İqtisadi fəal əhali – 5 355 400 nəfər
  • Məşğul əhalinin sayı – 5 074 200 nəfər
  • Muzdlu işçılərin sayı – 1 770 000 (35%)
  • İşsiz kimi qeydiyyatda olanlar – 231 300 nəfər
  • İşsizliyə görə sığorta ödənişinin orta aylıq məbbləğ 437,1 manat
  • Yeni açılan iş yerlərinin sayı 48,9 min. Qeyri-dövlət sektoru 92.1% (74,7%- Bakıda)
  • Bağlanan iş yerlərinin sayı 4,3 min. Qeyri-dövlət sektoru 54,3 %

"Dövlət sektorunda iş yerlərinin bağlanmasının qəti tərəfdarı deyiləm. Bəziləri deyirlər ki, bu, dövlətin yükünü azaltmaqdır. Dövlətin sosial məsuliyyətində biri də vətəndaşı iş yeri ilə təmin etməkdir. Dövlət sektorunda iş yerini niyə bağlayırıq ki? Bağlamaya ehtiyac yoxdur. Ümumiyyətlə, iş yerlərinin bağlanmasının tərəfdarı deyiləm. Xüsusilə, dövlət sektorunda iş yerlərinin bağlanmasını yaxşı hal hesab etmirəm", - deyə M.Quliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti