Bakı. Trend:
2025-2027-ci illərdə 4, 2027-2030-cu illərdə 9, 2030-2040-cı illərdə isə 13 su anbarının tikintisinin tamamlanması planlaşdırılır.
Bu barədə Trend Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) açılışı çərçivəsində məlumat əldə edib.
Məlumata əsasən, bu ilin sonunadək sel və daşqın təhlükəsi olan çayların və riskli ərazilərin müəyyən edilməsi və xərtiələşdirilməsi işləri aparılacaq. Eyni zamanda 2026-cı il üzrə riskli ərazilər üzrə sahilqoruyucu mühafizə bəndələrinin inşası, 2027-ci ildə isə riskli ərazilər üzrə sel və daşqın hadisələrinin təsirlərinin azaldılması ilə bağlı zəruri tədbirlərin görülməsi planlaşdırılır.