Bakı. Trend:
Polşanın enerji infrastrukturuna aid obyektlər ölkənin hava məkanına pilotsuz uçan aparatların daxil olması və onların zərərsizləşdirilməsi üzrə əməliyyatdan bir zərər görməyib.
Trend xəbər verir ki, bunu Polşanın energetika naziri Miloş Motıka deyib.
“Strateji enerji infrastrukturu sahəsində heç bir hadisə qeydə alınmayıb”, - deyə o "X" səhifəsində yazıb.
Bundan əvvəl Polşanın ordu rəsmiləri Rusiyanın Ukraynanın qərbinə endirdiyi zərbələr zamanı ölkənin hava məkanını Rusiyaya aid “dron tipli obyektlər” tərəfindən təkrar-təkrar pozulduğunu bildirmişdi.
Pilotsuz uçan aparatların bir çoxu Polşa və NATO-ya aid qırıcılar tərəfindən havada zərərsizləşdirilib və əməliyyat başa çatdırılıb. Polşanın baş naziri Donald Tusk yaranmış vəziyyətlə əlaqədar fövqəladə iclas elan edib.