...

Böyük Britaniyada ilk “superuniversitet” yaradılacaq

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 13:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada ilk dəfə bütün bir regionu əhatə edən “superuniversitet” yaradılacaq.

Trend BBC-yə istinadla xəbər verir ki, bu, Kent və Qrinviç universitetlərinin birləşməsi nəticəsində baş tutacaq.

Yeni ali təhsil müəssisəsi London və Cənub-Şərq Universitetlər Qrupu adlandırılacaq və 2026-cı ilin payızında başlayan akademik ildən etibarən vahid rektorluqla fəaliyyət göstərəcək.

İngiltərənin ali təhsil tənzimləyicisi olan Tələbələr üzrə Ofis (OfS) bu addımı alqışlayıb və qeyd edib ki, iqtisadi çətinliklərlə üzləşən digər universitetlər də oxşar variantları nəzərdən keçirə bilərlər. Hazırda İngiltərədəki universitetlərin təxminən 40 faizinin maliyyə kəsiri ilə üzləşdiyi bildirilir.

Böyük Britaniyanın Təhsil Nazirliyi isə açıqlamasında nazirlərin bu kimi innovativ yanaşmaları dəstəklədiyini vurğulayıb. Yeni universitet mövcud kampuslarda fəaliyyətini davam etdirəcək. Artıq Medvey şəhərində hər iki universitetin tələbələri kitabxana da daxil olmaqla bir sıra obyektlərdən birgə istifadə edirlər.

Xəbər lenti

Xəbər lenti