Bakı. Trend:
İçməli su təchizatında sayğaclaşma bu il 90%, gələn il 95, 2027-ci il üzrə isə 100%-ə çatdırılması planlaşdırılır.
Bu barədə Trend Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) açılışı çərçivəsində məlumat əldə edib.
Məlumata görə, içməli və məişət-təsərrüfat məqsədləri üzrə suya tələbatın ödənilməsi çərçivəsində də bir sıra tədbirlər görüləcək. Belə ki, bu il müvafiq sahədə suya tələbatın ödənilməsinin 72%, 2030-cu ildə 90%, 2040-cı ildə isə 100%-ə çatdırılması nəzərdə tutulur.
Eyni zamanda, içməli su təchizatında su itkilərinin aradan qaldırılması məqsədilə bu il su itkilərinin 35%-dək azaldılması nəzərdə tutulur. 2027-ci il üzrə bu göstərici 33%, 2040-cı ilədək isə 20%-dək azaldılması planlaşdırılır.