...

İranın Azərbaycandan məhsul idxalı azalıb

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 16:32 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 5 ayı (21 mart -22 avqust 2025) ərzində İranın Azərbaycandan məhsul idxalı ötən İran ilinin analoji dövrü ilə (20 mart -21 avqust 2024) müqayisədə dəyər baxımından 47,4%, çəki baxımından 56,8% azalıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.

Statistikaya əsasən, 5 ayda İranın Azərbaycandan məhsul idxalı təxminən 4,8 milyon dollar dəyərində 2,4 min ton təşkil edib.

Statistikada deyilir ki, ötən ilin analoji dövründə İran Azərbaycandan 9,12 milyon dollar dəyərində 5,45 min ton məhsul idxal edib.

Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxal edib.

Statistikaya görə, 5 ayda İranın Azərbaycanla ticarət dövriyəsi 228 milyon dollar dəyərində 348 min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 25,7%, çəki baxımından 7,5% azalıb.

Əlavə edək ki, İranın Gömrük Administrasiyasının hesabatına əsasən, cari İran ilinin 5 ayı ərzində İran 23 milyard dollar dəyərində 15,2 milyon ton qeyri-neft məhsulları idxal edib. 5 ayda İranın qeyri-neft məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 16,3%, çəki baxımından 5,4% azalıb.

Qeyd edək ki, İran məhsul idxalında əsasən ölkənin ehtiyac duyduğu zəruri məhsulların idxalına önəm verir və ölkədə istehsal olunan məhsulların bənzərinin ölkəyə idxal olunmasına müəyyən məhdudiyyətlər tətbiq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti