...

ABŞ Dövlət Departamentinin baş rəsmisi ilə Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib

Siyasət Materials 10 Sentyabr 2025 14:51 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin baş rəsmisi ilə Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahanı qəbul edib.

XİN-dən Trend-ə bildirilib ki, görüş zamanı Azərbaycan-ABŞ münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycan-ABŞ münasibətlərinin tarixi, bir sıra, o cümlədən təhlükəsizlik, enerji sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlıq ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə, xüsusilə cari ilin avqust ayında baş tutan ali səviyyəli səfər və təmasların münasibətlərin inkişafında əhəmiyyətli yer tutduğu qeyd edilib.

Tarixi Vaşinqton görüşü nəticəsində ölkəmizin təşəbbüskarı olduğu Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə olunan tarixi razılıqların, o cümlədən sülh müqaviləsinin paraflanması və keçmiş münaqişənin qalıqları olan strukturların ləğvi üzrə atılan addımların vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti