...

2100-cü ilə qədər 250 milyon insan su çatışmazlığı səbəbindən köçəcək - Rövşən Kərimov

İqtisadiyyat Materials 10 Sentyabr 2025 14:48 (UTC +04:00)
2100-cü ilə qədər 250 milyon insan su çatışmazlığı səbəbindən köçəcək - Rövşən Kərimov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya üzrə 2100-cü ilə qədər 250 milyon insanın su çatışmazlığı, quraqlıq səbəbindən köçməsi proqnozlaşdırılır.

Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Rövşən Kərimov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında - “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda da quraq ərazilər kifayət qədər çoxdur:

"Qısamüddətli quraqlıqlar insanların müəyyən vaxtdan sonra öz yerlərinə qayıtmasına səbəb ola bilirsə, uzunmüddətli quraqlıqlarda insanlar əvvəlki yerlərinə qayıtmaq istəmirlər".

"Məsələn, hazırda ölkə üzrə Quba rayonundan köçlərin artması halı müşahidə olunur. Orada apardığımız söhbətlər zamanı məlum olub ki, insanların köçməsimin əsas səbəblərindən biri də həmin ərazilərdə suyun çatışmazlığıdır", - deyə R.Kərimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti