...

Fransanı etiraz aksiyaları bürüyüb - 250 nəfər saxlanılıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 15:18 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın müxtəlif şəhərlərində, o cümlədən, Parisdə keçirilən kütləvi etirazlarda azı 250 nəfər saxlanılıb.

Bu barədə Trend Fransa KİV-ə istinadən xəbər verir.

Etirazçıların kütləvi iğtişaşlarda iştiraka görə saxlanıldığı deyilir. Onlardan 30-u barədə həbs-qətimkan tədbiri seçilib.

xxx

14:20

Fransanın bir sıra şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir. Etirazçılar infrastruktur obyektlərinin işinə əngəl yaratmağa çalışırlar. BFMTV telekanalı artıq bəzi aksiyalarda toqquşmaların baş verdiyini, Parisdə polisin 65 nəfəri saxladığını bildirib.

Trend bu barədə Fransa KİV-ə istinadən xəbər verir.

Erkən saatlardan etibarən bir qrup nümayişçi Parisdə avtobus deposunun çıxışını bloklamağa çalışıb, digər yandan başqa bir qrup paytaxt ətrafındakı halqavari yolun, Periferik bulvarındakı bir sıra yol ayırıcılarını müəyyən müddət bağlamağa nail olub. Onlarla insan əllərində pirotexniki vasitələrlə avtomobil yollarına çıxaraq inşaat çəpərləri ilə nəqliyyatın hərəkətini dayandırıblar.

Parisin şəhərkənarında yerləşən Montreydə isə kiçik bir qrup küçələri və tramvay yollarını zibil və inşaat çəpərləri ilə bağlayıb.

Etiraz aksiyalarının gecəyə kimi daha da kəskinləşəcəyi gözlənilir.

Qeyd edək ki, etiraz aksiyaları və tətilər hökumətin iqtisadi siyasətinə qarşı yönəlib. Belə ki, iyul ayında baş nazir Fransua Bayru büdcə xərclərinin 44 milyard avro həcmində qənaəti məqsədilə bir neçə dövlət bayramının iş günü elan edilməsini və bir sıra sərt büdcə islahatlarının aparılmasını təklif etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti