...

Tramp ukraynalı qadının qatilinə ölüm hökmü istəyib

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 17:28 (UTC +04:00)
Tramp ukraynalı qadının qatilinə ölüm hökmü istəyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynalı qaçqın İrina Zaruçskayanın qatilinə ölüm hökmü verilməlidir.

Trend xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.

Amerikalı lider cinayətkarı “heyvan” adlandıraraq, sürətli məhkəmə prosesinin vacibliyini vurğulayıb. Tramp bildirib ki, ölüm hökmü qatilə tətbiq oluna biləcək yeganə cəza olmalıdır.

“Ukraynadan olan gözəl qızı amansızcasına qətlə yetirən heyvan dərhal məhkəmə qarşısına çıxarılmalı və ölümə məhkum edilməlidir. Başqa variant ola bilməz”, - deyə prezident yazıb.

Bir neçə gün əvvəl ABŞ-nin Şarlott şəhərində afroamerikalı bir şəxs ukraynalı İrina Zaruçskayanı bıçaqlayaraq qətlə yetirib. Hadisə qatar vaqonunda baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti