Bakı. Trend:
Fransanın yeni baş naziri Sebastyan Lekornyu Matinyon sarayında səlahiyyətlərinin qəbulu mərasimində iştirak edib.
Trend Fransa KİV-ə istinadən xəbər verir ki, mərasim ölkəni bürüyən hökumət əleyhinə etirazlar fonunda qısa çəkib.
Mərasimin əsas müddətini (45 dəqiqə) Lekornyu bir müddət əvvəl istefa vermiş sələfi Fransua Bayru ilə bağlı qapılar arxasında keçirib.
Qeyd edək ki, hazırda Fransanın Paris daxil olmaqla, müxtəlif şəhərlərində “Hər şeyi bloklayaq” şüarı altında hökumət əleyhinə etiraz aksiyaları keçirilir.