...

ABŞ Dövlət Departamentinin rəsmisi ilə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq nəzərdən keçirilib

İqtisadiyyat Materials 10 Sentyabr 2025 19:11 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin rəsmisi ilə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq nəzərdən keçirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brenden Hanrahan ilə görüş keçirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə 8 avqust tarixində Vaşinqtonda imzalanmış sənədlər əsasında görüləcək işlər, eləcə də, ölkələrimiz arasında nəqliyyat, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin, Orta Dəhlizin potensialının artırılması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti