...

Azərbaycan boksçusu dünya çempionatında yarımfinala vəsiqə qazandı

İdman Materials 10 Sentyabr 2025 19:40 (UTC +04:00)
Azərbaycan boksçusu dünya çempionatında yarımfinala vəsiqə qazandı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan boksçusu Alfonso Dominqes İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

Trend xəbər verir ki, 90 kiloqram çəkidə mübarizə aparan millinin lideri 1/4 finalda Emrah Yaşarla (Türkiyə) üz-üzə gəlib.

Döyüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. Dominqes rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Boksçu bu qələbə sayəsində özü üçün azı bürünc medalı da təmin edib.

Alfonso yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə qarşılaşacaq. Görüş sentyabrın 12-də olacaq.

Qeyd edək ki, axşam sessiyasında Səidcəmşid Cəfərov da (75 kiloqram) 1/4 final döyüşünə çıxacaq.

Xəbər lenti

Xəbər lenti