...

"Qəbələ"dən yeni transfer

İdman Materials 10 Sentyabr 2025 20:30 (UTC +04:00)
"Qəbələ"dən yeni transfer
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

"Qəbələ" akademiyasının yetirməsi olan Rüfət Əhmədov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı sol cinah müdafiəçisisi “Turan Tovuz”dan icarəyə götürülüb. O, mövsümün sonunadək "qırmızı-qaralar"ın uğurları üçün çalışacaq.

Karyerası ərzində “Kəpəz”də də çıxış edən Rüfət Əhmədov U-21 milli komandasının heyətində 9 oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə cəlb edib.

Xəbər lenti

Xəbər lenti