...

Sabah Bakının bu ərazilərində qaz kəsiləcək

Cəmiyyət Materials 10 Sentyabr 2025 19:54 (UTC +04:00)
Sabah Bakının bu ərazilərində qaz kəsiləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Bakının bir sıra ərazilərində qaz olmayacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, “Qum adası-Qazanlar” yüksək təzyiqli qaz kəmərinin Xətai rayonu, Gənclik Parkı ərazisindən keçən istismara yararsız hissəsinin dəyişdirilməsi, Nərimanov rayonu, Xətai prospekti ilə Ə.Dəmirçizadə küçəsinin kəsişməsində isə yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşməsi məqsədilə 11.09.2025-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək “Əhmədli” QPS-də və “Əbilov” ölçü qovşağında qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xətai rayonunun İ.Əbilov, Kombinat, Xudu Məmmədov, Məhəmməd Hadi, Şirvani, Aşıq Qurbanı küçələrinin və Nərimanov rayonu, Xətai prospektinin, Ə.Dəmirçizadə, Qarabağ, Ə.Əlizadə və G.Qədirbəyova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Xəbər lenti