...

İsrail Yəmənin Müdafiə Nazirliyi və Baş Qərargahına zərbələr endirib

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 19:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail aviasiyası Yəmənin paytaxtı Sənada "Ənsar Allah" üsyançı hərəkatı husilərinin nəzarətində olan bir neçə obyektə hücum edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, zərbələrin əsas hədəfləri Müdafiə Nazirliyi və üsyançıların Baş Qərargahı olub.

Hazırda müvafiq xidmətlər dəymiş ziyanın miqyasını müəyyən edir və zərərçəkənlər haqqında məlumat toplayırlar.

Bildirilir ki, Sənanın mərkəzindəki yanacaq anbarı və hərbi obyekt də vurulub. Hücumun digər hədəfi husi hökumətinin nəzarətində olan Maliyyə Nazirliyinin yerləşdiyi ərazi olub.

Xəbər lenti

Xəbər lenti