...

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi postuna əsas namizəddir

İdman Materials 10 Sentyabr 2025 19:50 (UTC +04:00)
Zinəddin Zidan Fransa millisinin baş məşqçisi postuna əsas namizəddir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Didye Deşamın Fransa millisinin baş məşqçisi postundan ayrılacağından sonra onu əvəzləyəcək əsas namizəd açıqlanıb.

Trend xarici mətbuata istinadən xəbər verir ki, bu vəzifəyə Zinəddin Zidanın gələcəyi gözlənilir.

Fransa Futbol Federasiyası 53 yaşlı mütəxəssisi yığmanın gələcək çalışdırıcısı kimi nəzərdən keçirir.

D.Deşamın milli komanda ilə müqaviləsinin müddəti 2026-cı il iyulun 31-də başa çatır. Zidan isə son olaraq İspaniyanın “Real Madrid” komandasında işləyib.

Qeyd edək ki, Fransa yığması DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan millisinin rəqibidir.

Xəbər lenti

Xəbər lenti