Bakı. Trend:
Yalnız bir pambıq "t-shirt" hazırlanması üçün təqribən 2 500 litr su sərf olunur. 1 kq zeytunun istehsalı zamanı isə təxminən 3025 litr su sərf edilir. Bu və digər proseslər nəticəsində qlobal su istehlakı ildə 4 trilyon kubmetrə çatır.
Trend xəbər verir ki, bunu Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Tullantı suları sistemlərinin tədqiqi şöbəsinin müdiri Fidan Əliyeva Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında - “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.
"Birləşmiş MillətlərTəşkilatının (BMT) 2023-cü il Su İnkişafı Hesabatı dünyanı beynəlxalq səviyyəli su böhranı riski ilə üz-üzə olduğunu bildirir. Bu böhran artıq 2-3 milyard insanı əhatə edir və 2050-ci ilədək su tələbatının 30% artacağı proqnozlaşdırılır", - deyə F. Əliyeva qeyd edib.