...

İsrail HƏMAS liderlərini bu əməliyyatda öldürməyibsə, növbətidə mütləq öldürəcək - Səfir

Dünya xəbərləri Materials 10 Sentyabr 2025 14:43 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əgər İsrail sentyabrın 9-da Qətərə endirilən zərbələr zamanı HƏMAS liderlərini öldürməyibsə, növbəti dəfə buna mütləq nail olacaq.

Trend xəbər verir ki, bunu İsrailin ABŞ-dəki səfiri Yeşiel Leiter Amerika KİV-ə verdiyi müsahibədə bildirib.

“Biz bu düşmənləri və Qərb sivilizasiyasının düşmənlərini terrorizmi həyata keçirmək imkanından məhrum etdikcə, region daha yaxşı istiqamətdə dəyişir”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün İsrail müdafiə qüvvələri Dohada bir sıra nöqtələrə aviazərbələr endirib. Hava hücumunda HƏMAS-ın Qətərdəki rəhbərliyinin hədəfə alındığı bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti